MSK sədri: İndiyədək bizə heç bir şikayət daxil olmayıb

MSK sədri: İndiyədək bizə heç bir şikayət daxil olmayıb

Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb.

7news.Az məlumat verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir.

Onun sözlərinə görə, seçki prosesi tam şəffaf aparılır:

"Bunu həm də beynəlxalq müşahidəçilərin fikrinə əsasən demək olar.

Onların hamısı səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olduğunu bildiriblər”.

MSK sədri onu da qeyd edib ki, indiyədək MSK-ya hər hansı qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb.

M. Pənahov 36 saylı seçki dairəsinin 3 və 4 saylı seçki məntəqələrinə jurnalistlərin buraxılmamaları, onlardan arayış istənilməsi məsələsinə münasibət bildirib.

"Bu, qanuna zidd addımdır.

Polisin və məntəqə sədrinin jurnalisti seçki məntəqəsinə buraxmamaq hüququ yoxdur”.

7news.Az

Xəbər lenti