“Müasir Azərbaycan Qadını – 3 ” layihəsinin açılış mərasimi keçirildi - FOTO

“Müasir Azərbaycan Qadını – 3 ” layihəsinin açılış mərasimi keçirildi - FOTO
"Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzində "Müasir Azərbaycan Qadını -3” layihəsinin açılış mərasimi keçirildi.
Açılış mərasimində "Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, millət vəkili, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, Siyasi elmlər üzrə Fəlsəfə doktoru Məlahət İbrahimqızı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva , Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli , Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva, pedaqogika üzrə elmlər doktoru, professor Zəhra Muradova və   "Müasir Azərbaycan Qadını -3” layihəsinə müsabiqədən keçən qadınlar iştirak ediblər. 
İlk öncə layihənin açılışını edən "Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qeyd etdi ki, "Müasir Azərbaycan Qadını -3” layihəsi mart ayının 3-nə qədər davam edəcəkdir. Layihənin bağlanış mərasimi Lənkəran şəhərində keçiriləcəkdir. Daha sonra açılış mərasiminə dəvət edilən qonaqları təqdim edən T.Məmmədova bugünki mövzunun "Qadın və cəmiyyət” mövzusu olduğunu iştirakçılara elan etdi.
Daha sonra "Qadın və cəmiyyət” mövzusunda çıxış edənlər millət vəkili, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, Siyasi elmlər üzrə Fəlsəfə doktoru Məlahət İbrahimqızı, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli , Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva qadınların cəmiyyətdəki rolundan bəhs edərək , ölkəmizdə qadınlarımızın bütün sferalarda aktivliyini müsbət qiymətləndirdilər. Natiqlər qeyd etdilər ki, Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş  və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Buna Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz misaldır. Natiqlər onu da əlavə etdilər ki, bu gün Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur və Həcər qeyrətli Azərbaycan qadınları bu mövqeyi qoruyub saxlayacaq, öz keyfiyyətləri, uğurları ilə dünyanı həmişə heyrətə gətirəcəkdir. 
           Çıxışlardan sonra layihəyə qatılan qadınların sualları cavablandırıldı və tədbir xoş anlarla yekunlaşdı.


 
7News.az


Xəbər lenti