Müəllimə şagirdə təpik vurdu, saçını yoldu – Video

Müəllimə şagirdə təpik vurdu, saçını yoldu – Video
ABŞ-da müəllimə ilə şagirdi arasında qəribə olay yaşanıb.
Müəllimə dərsdə yuxuya gedən şagirdi ən müxtəlif üsullarla oyatmağa çalışıb.

 
Müəllim öncə partanın üstünə çıxıb, daha sonra şagirdə təpik vurub, onun saçını yolub və qulaqlarını dartıb. Bu hadisə şagirdlərdən biri tərəfindən telefon vasitəsi ilə çəkilərək sosial şəbəkələrdə yayılıb. Müəllimə haqqında araşdırma başlayıb.

Qeyd edək ki, müəllimə 27 ildir həmin məktəbdə işləyir./sputnik.az


7news.Az

Xəbər lenti