“Nar” ilə “WhatsApp” artıq pulsuzdur

“Nar” ilə “WhatsApp” artıq pulsuzdur

4 may 2018-ci il tarixindən etibarən, artıq "Nar”-ın bütün yeni aktivləşmiş"Turbo” internet paketlərində "WhatsApp” pulsuzdur. Bununla da, "Turbo” istifadəçiləri paketin istifadə müddəti bitənədək "WhatsApp” vasitəsilə yazılı mesajlar göndərə biləcəklər.

 

Xatırladaq ki, müxtəlif həcmli "Turbo” paketləri istər mobil telefonda, istərsə də kompüterdə225Mb/s-dəksürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə "ədalətli istifadə" siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadəkpulsuzinternetdən və "WhatsApp”vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. Üstəlik, irihəcmli"Turbo XL”,"Turbo 2XL”və"Turbo 3XL”paketlərində gecələr internetyüksək sürətlə pulsuzlimitsizdir.

 

"Nar”-ın "Turbo” internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

 

Xəbər lenti