Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verdi

Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verdi

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

DİN-dən 7News.Az-a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan "Phoenix" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

 

Sabirabad rayonunun Yolçubəyli kənd sakini Umudvar Bayramov da müvafiq sənədləri olmayan "Tula" markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

7News.Az

Xəbər lenti