NATO son 30 ilin ən iri təlimlərini keçirəcək

NATO son 30 ilin ən iri təlimlərini keçirəcək

NATO Norveçdə son 30 ilin ən iri təlimlərini keçirəcək.

7news.Az TASS-a istinadən xəbər verir ki, təlimlərdə 30 ölkədən 40 minlik şəxsi heyət iştirak edəcək.

2018-ci ilin noyabr ayına planlaşdırılan irimiqyaslı təlimlərə Alyansın tərəfdaş dövlətlərinin silahlı qüvvələri də qoşulacaq.

NATO birləşmiş qüvvələrinin Avropadakı baş komandanı general Körtis Skaparotti "müharibə oyunlarında”  NATO-nun suveren dövlətləri qorumaq bacarığını Rusiyaya nümayiş etdirəcəyini bildirib.  

Təlimlərə hava, quru və su qüvvələri cəlb olunacaq.

7news.Az

Xəbər lenti