Naxçıvanda maaş qalmaqalı böyüyür - Digər məşqçilər də işdən çıxarıldı

Naxçıvanda maaş qalmaqalı böyüyür - Digər məşqçilər də işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, Beynəlxalq qrossmeyster Azər Mirzəyev saytımıza müraciət edərək Naxçıvan Şahmat Federasiyası (NŞF) tərəfindən səbəbsiz olaraq işdən qovulduğunu və Federasiya rəhbəri Vüqar Səfərovun ona ödənilməli olan maaşın verilmədiyinə etiraz etmişdi.

Daha sonra NŞF-in vitse-prezidenti Emin Hacıyev bu ittihamlara cavab verərək Azər Mirzəyevə borclarının olmadığını və işinə məsuliyyətsiz yanaşdığı üçün işdən kənarlaşdırıldığını qeyd etmişdi.

7News.az xəbər verir ki, tərəflər arasındakı konflikt digər məşqçilərə də təsirsiz ötüşməyib.

Əldə etdiyimiz məlumata görə, Naxçıvan Şahmat Federasiyası Bakıdan dəvət olunmuş digər məşqçiləri də işdən çıxarıb. Beynəlxalq usta Loğman Quliyev (Şərurda məşqçi) və FIDE ustası Sabir Hüseynovu (Ordubadda məşqçi) federasiyaya çağıraraq Azər Mirzəyevə görə işdən çıxarıldıqları barədə qərarı bildiriblər./offsideplus

7News.az

Xəbər lenti