Nazir Küveytdən gələn nümayəndə heyətini qəbul edib - Foto

Nazir Küveytdən gələn nümayəndə heyətini qəbul edib - Foto
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveyt Dövlətinin Sivil Aviasiya üzrə Direktorluğunun Baş katibi və Direktorluğun fəaliyyətdə olan Prezidenti Yousef Al-Fouzanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

7news.Az xəbər verir ki, görüşdə Əbülfəs Qarayev iki ölkənin mədəniyyət və turizm sahələrində birgə əməkdaşlıq layihələrindən söhbət açıb. Nazir bildirib ki, ötən ilin noyabr ayından etibarən ölkə başçısının müvafiq taşırığına əsasən BƏƏ vətəndaşları, bu ilin fevral ayından etibarən isə digər Körfəz ölkələri üçün hava limanlarında sadələşdirilmiş qaydada viza sistemi tətbiq olunmağa başladıqdan sonra ölkəmizə qeyd olunan regiondan gələn turist sayında kifayət qədər artım baş verib. Eyni zamanda qeyd edib ki, artıq bir neçə ildir BƏƏ-nin Dubay şəhərində Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir və bu nümayəndəlik vasitəsilə İran Körfəzi ölkələrində Azərbaycanın turizm potensialı intensiv şəkildə təbliğ olunur.

O cümlədən ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər haqqında məlumat verən nazir Əbülfəs Qarayev növbəti ildə təşkil olunacaq Ticarət Festivalı (Shopping festival), İslam Həmrəylik Oyunları, Formula-1 Qran Pri Yarışları barədə də qonaqları məlumatlandırmış və bu tədbirlərdə iştirak etməyə dəvət edib.

Nümayəndə heyətinin başçısı Yousef Al-Fouza səmimi qəbula görə təşəkkürünü bildirib.
 
7news.Az

Xəbər lenti