Nazir: Mükəmməl nəticə göstərənlərin sayı iki dəfə artıb

Nazir: Mükəmməl nəticə göstərənlərin sayı iki dəfə artıb

Bu il 2090 nəfər yüksək bal toplayaraq, ilk ixtisas kimi müəllimlik ixtisasını seçib. Bu da ötən illə müqayisədə 53,6 faiz çoxdur. 

7News.Az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ənənəvi sentyabr konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, ölkə üzrə dövlət hesabına məktəbəqədər bir illik hazırlıq qruplarına uşaqların cəlb edilməsi son illərdə artıb:

"Dörd il əvvəl başlanan layihə çərçivəsində bu göstəricilərin respublika üzrə 20 faizdən 65 faizə çatıdırılmasına nail olunub. Növbəti tədris ilində bu göstəricilərin necə olacağı yaxın zamanda bəlli olacaq və artım gözlənilir. Bununla yanaşı, ən vacib məqam odur ki, uşaqların məktəbə vaxtında getmə göstəricisi artıb. Belə ki, məktəbə gec başlayanların göstəriciləri 12 faizdən 6 faizə enib. Yaxın gələcəkdə bu faizin daha da azalmasını planlaşdırırıq”.

Nazir bildirib ki, 10 yaşlı uşaqların oxuyub anlama göstəriciləri üzrə aparılan təqdiqat zamanı da nəticələrin 2011-ci il nəticələrindən daha yaxşı olduğu müşahidə edilib:

"Belə ki, yeni təhsil proqramı əsasında təhsil alan şagirdlərin orta bal göstəriciləri artıb, mükəmməl nəticə göstərənlərin nəticələri iki dəfə çoxalıb, zəif nəticə göstərənlərin 2011-ci illə müqayisədə azalması müşahidə edilib”.

Nazir qeyd edib ki, 2016-2017-ci qəbul imtahanı nəticələri ilə müqayisədə, 2017-2018-ci ildə yüksək bal toplayan abituriyentlərin göstəriciləri də artıb:

"Bu il qəbul nəticələrinə əsasən, 400 bal toplayanlar 13.7 faiz, 500-dən 18.7 faiz, 600-dən yuxarı 26.5 faiz artıb. Son beş illik mükəmməl nəticə göstərənlərin nəticələri təxminən iki dəfə çoxalıb. Qəbul imtahanları nəticələrinə əsasən, müəllimlik ixtisasına marağın artdığı müşahidə edilir. Bu il 2090 nəfər yüksək bal toplayaraq, ilk ixtisas kimi müəllimlik ixtisasını seçib, bu da ötən illə müqayisədə 53,6 faiz, 2014-ci ildə isə 2,3 faiz çoxdur. İki il bundan əvvəl yalnız bir nəfər 500 baldan yüksək bal toplayaraq, ibtidai sinif müəllimi ixtisasını seçmişdi, bu il 235 abituriyent bu ixtisası seçib”.

7News.Az

Xəbər lenti