Nazirlik gənclər təşkilatının regional ofisinə yüksək qiymət verdi

Nazirlik gənclər təşkilatının regional ofisinə  yüksək qiymət verdi
Gənclər Günü münasibətilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlar təqdim edilib. 
Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və digər dövlət rəsmiləri, millət vəkilləri iştirak ediblər.
Mükafat alan şəxslər sırasında Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin direktoru Aygün Həsənzadə də olmuşdur. O, ictimai fəaliyyətindəki yüksək uğurlarına görə təltif edilmişdir. 
 
7News.az

Xəbər lenti