Neft Fondu dollar satışını kəskin artırıb

Neft Fondu dollar satışını kəskin artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) may ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən 7news.Az-a verilən məlumata görə, ötən ay  ərzində 422,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

İlin əvvəlindən fond valyuta hərraclarında 2 535.5 milyon dollar məbləğində xarici valyuta satıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə valyuta hərracında banklara 1 314,5 milyon dollar məbləğində valyuta realizə edilmişdi.

7news.Az

Xəbər lenti