Neftin qiyməti kəskin ucuzlaşdı - 13 faiz

Neftin qiyməti kəskin ucuzlaşdı - 13 faiz

Dünya birjalarında neftin qiyməti sürətlə ucuzlaşmaqda davam edir.

7News.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin bir bareli 13 faiz azalaraq 47 dollara satılıb.

Neftin ucuzlaşması ilə Rusiya rublunun dəyəri də düşməyə başlayıb. 1 ABŞ dolları 0,3 faiz bahalaşaraq 68,9 rubl, 1 avro isə həmçinin 0,3 faiz artaraq 78,6 rubl olub.

Xatırladaq ki, ötən gün, dekabrın 24-də, Brent markalı neftin qiyməti 6 faiz ucuzlamışdı.

7News.Az

Xəbər lenti