Neftin qiyməti son dörd ilin zirvəsində

Neftin qiyməti son dörd ilin zirvəsində

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan etməsi əmtəə birjasında təzyiqi yüksəldib. 

7news.Az xəbər verir ki, ABŞ-ın OPEC-in üçüncü ən böyük istehsalçı olan İrandan neft alışını dayandırması xəbəri "qara qızılın” 2014-cü ildən bu tərəfə ən yüksək həddə çatmasına səbəb olub.

"Futures” müqavilələri iki faiz yüksəlib.

Belə ki, iyun vədəli müqavilələrdə WTI markalı neftin bareli 2.4 yüksələrək, 70.72 dollar təşkil edib. "Brent” nefti isə iyul vədəli müqavilələrdə 2.5 faiz bahalaşaraq, 76.75 dollar olub.

Bu gün səhər saatlarına Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,49 dollar (2,16% artım) artaraq, 70,55 dollar, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,77 dollar (2,36% artım) yüksələrək, 76,62 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ İrandan neft idxalını növbəti dəfə dayandırmağı planlaşdırır. Bu ölkədən idxalın dayandırılması üçün şirkətlərə 180 gün vaxt verib. Yeri gəlmişkən, bu qərarın neftin istehsal həcminə elə də təsir etməyəcəyi bildirilir.

7news.Az

Xəbər lenti