Nərimanovda anbar yanıb - VİDEO

Nərimanovda anbar yanıb - VİDEO

Ötən gecə paytaxtın Nərimanov rayonu ərazisində güclü yanğın olub.

7News.Az-ın xəbərinə görə, görüntüləri Baku TV-yə hadisə şahidləri göndəriblər.

Yanğın gecə saatlarında rayonun C.Hacıbəyli küçəsində yerləşən kağız tullantılarının olduğu anbarda baş verib. 

Hadisə şahidinin verdiyi məlumata görə, yanğın yaxınlıqda dayanan "Ford tranzit” markalı maşına ciddi ziyan vurub. Maşının bir hissəsinin yandığı bildirilib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verdiyi məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) ərazisində 4 m² sahədə kağız tullantıları və yaxınlıqda dayanmış "Ford” markalı yük avtomobilinin ön hissəsi və iki təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

7News.Az

Xəbər lenti