Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 2018-ci il oktyabr  ayının 10-da 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə müəyyən edilmiş qrafik uyğun 42 saylı orta məktəbdə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov M.Qasımov küçəsi, Azadlıq pr., N.Yusifbəyli, S.Salayev küçələrini əhatə edən ünvanlardakı sakinlərin müraciətlərini dinləmişdir. 
Sakinlərdən Məmmədov Abdulla, Xəliliov Rəhim, Əkbərova Nərminə, Mərdanov Elyaz, Abdullayeva Səkinə və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən evin dam dam örtüyünün təmiri, qonşu həyətlərdə də abadlıq işlərinin aparılması, küçənin su-kanalizasiya xəttinin təmirindən sonra asfalt örtüyünün bərpa olunması, mənzil şəraitinin yaxşılaşdırılması barədə müraciətlər etdilər. 
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə əhalisinin rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar vurğulanmışdır.
 
 
7News.Az


 

Xəbər lenti