Nəsimi rayon məktəblilərinin Eko-Parka ekskursiyası təşkil olunub

Nəsimi rayon məktəblilərinin Eko-Parka ekskursiyası təşkil olunub

Məktəblilərin yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçünNəsimi rayon İcra Hakimiyyətinintəşkilatçılığı ilə orta məktəb şagirdləri üçün silsilə tədbirlər təşkil olunub keçirilir.

Nəsimi rayon İcra Hakimiyyətinintəşkilatçılığı ilə rayon məktəblilərininHeydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkaekskursiyası təşkil olunmuşdur. Məktəblilər ilk öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Nəsimi rayon məktəbliləri Zirə Mədəniyyət MərkəzininQalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Daha sonra məktəblilərəZirə Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Eko Parkhaqqında məlumatlar verilib.Bildirildi ki, Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib, burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib.Eko ParkdaHeydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın müəllifi olduğuHəyat abidəsi - "Ürək” abidəsiməktəblilərin böyük marağına səbəb oldu.

Daha sonra Eko Parkda ekzotik quşlardan yaradılan Quş parkındakı quşlara uşaqlar böyük sevinclə tamaşa etdilər. Uşaqlar park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq, idman trenajor qurğularında oynayıb əyləndikdən sonra onlar üçün təşkil olunmuş nahar süfrəsində ekskursiya zamanı aldıqları məlumatları birbirləri ilə paylaşdılar.Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva məktəblilərə xüsusi hazırlanmış hədiyyələr təddim edərək, dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahərləri istiqamətində görülən işlərdən söhbət açmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışmışdır.

Ekskursiyanın sonunda məktəblilərZirə Cinemada cizgifilminə tamaşa etdilər. Zirə Mədəniyyət Mərkəzində keçirilən ekskursiya məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.

 

Xəbər lenti