Nəsimi rayonunda Qadınlar günü qeyd olunmuşdur - FOTOLAR

08 Mart 2018, 16:52
08 Mart
2018
16:52
178
8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan, şəhid ailələrini təmsil edən qadınların iştirakı ilə keçirilən bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq iştirakçıları bayram münasibəti ilə təbrik edərək, 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi və bildirdi ki, 1911-ci ildə Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.
Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə «…Mən dünyanın çox yerində olmuşam.Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm» demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.
Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Atalar gözəl deyib: «Kişi evin dirəyidirsə, qadın evin çırağıdır». Məhəmməd Peyğəmbər Cənnətin anaların ayağının altında olduğunu demişdir. Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik.
Böyük Vətən müharibəsi illərində qadınlarımız kişilərlə bərabər böyük qəhrəmanlıq və fədakarlıq göstərərək qələbənin əldə olunmasında böyük əmək, qüvvə və bacarıq sərf etmişlər. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik.
Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur.
Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.
Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
Bayram tədbiri 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi Kolleçinin tələbələrinin və Tural Salmanovun konsert proqramı ilə başa çatmışdır.
7News.az




















Xəbər lenti
-
19:53Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu
-
19:19SON DƏQİQƏ: Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - RƏSMİ SİYAHI
-
19:1022 mayda növbəti hərrac keçiriləcək
-
18:46SON DƏQİQƏ: Prezident daha bir deputata vəzifə verdi - YENİLƏNİB
-
18:00Yeni nazirdən ilk - AÇIQLAMA
-
18:00Azərbaycanlı Olimpiya çempionu “Çelsi”nin sabiq futbolçusu ilə döyüşəcək – FOTO
-
17:56Ramiz Mehdiyev yeni təyinatlardan danışdı - VİDEO
-
17:49Nazirin nəvəsi yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı – Hər gecə dava düşür - VİDEO
-
17:42Dolların sabaha olan məzənnəsi
-
17:35Sabah hava dəyişəcək, yağış yağacaq
-
17:28İrandan narkotik vasitələrin Azərbaycana gətirilməsinin qarşısı alındı
-
17:21“Taxt oyunları”nın aktyorlarına otuz milyonluq cəza
-
17:14DİM imtahanın nəticələrini açıqladı
-
17:07"Taliban" hücum etdi: 16 ölü
-
17:00MTN generallarına hökm oxundu - Adlar
-
16:52Millimiz üçün Şəki – Bakı – Novı Sad hazırlıq planı
-
16:51İbrahim Rüstəmli: “Bu tip aksiyalar Ermənistanın zəifləməsinə xidmət edir”
-
16:48Tanınmış jurnalist ürəyindən əməliyyat edildi
-
16:45Rusiyada azyaşlını döyən azərbaycanlı imiş - VİDEO
-
16:39SON DƏQİQƏ: Prezident təhsil nazirini təyin etdi
-
16:38Nikol Paşinyan azadlığa buraxıldı
-
16:31“Müflisləşmə və iflas haqqında” qanun dəyişdirilir
-
16:24Həmkəndlisinin evindən 10 min manatlıq qızıl oğurladı
-
16:21Sarkisyan istefa verdi
-
16:17Günay İbrahimli çəkilişdə çətin anlar yaşadı – VİDEO
-
16:16İlham Əliyev Əfqanıstan prezidentinə başsağlığı verib
-
16:13"Bakcell" "Formula-1"lə əlaqədar 4G şəbəkə tutumunu artırdı
-
16:1019 yaşlı qız bəkarətini satışa çıxardı, ailəsi ondan imtina etdi - FOTOLAR
-
16:03Ermənistanda fövqəladə vəziyyət elan edilə bilər
-
15:56DJ Aviciinin ölümünün təfərrüatı məlum olub
-
15:49Qanunsuz silah-sursat müsadirə edildi
-
15:42Yeni nazir fəaliyyət prinsiplərini açıqlayıb
-
15:35Yeni baş nazir vəzifəsinin icrasına başlayıb
-
15:32Mehdi Məmmədovun anadan olmasının 100 illiyi qeyd olunacaq
-
15:29"Dövlət Departamentinin hesabatında bu kimi məsələlər tərs-mütənasib təsvir olunur" - Əli Həsənov
-
15:28Zatulin: Rusiya Ermənistandakı proseslərə qarışmayacaq
-
15:24Əli Həsənov: "Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb"
-
15:21“QAZ” markalı avtomobillər Azərbaycanda yığılacaq
-
15:14Yeni nazirlər kollektivə təqdim olunur - FOTO + YENİLƏNİB
-
15:12“20 ildir Ermənistan Koçaryan və Sarkisyan kimi işğalçıların girovu altındadır” - Politoloq
Digər xəbərlər
-
Maraqlı
Dayanacaqda əxlaqsızlıq edən 41 yaşlı qadın tutuldu - FOTO
-
Maraqlı
Model arxasını çəkib paylaşdı, 3 milyon nəfər bəyəndi - FOTO
-
Maraqlı
Burada bakirələrin ərə getməsi qadağandır - QƏRİBƏ TOY ADƏTLƏRİ
-
Maraqlı
SON DƏQİQƏ: Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR
-
Maraqlı
ŞOK: "Ermənilər Türklərlə qardaşdırlar , lakin Azərilər şeytanlıq edib aramızı vurmağa çalışırlar" - Adnan Oktar
-
Maraqlı
Azərbaycanda bu 2 nazir istefa ərizəsi yazdı - Onlar da gedir - ÖZƏL
-
Maraqlı
25 yaşlı modeldən cəsarətli fotosessiya
-
Maraqlı
Sevgilisinin çılpaq şəklini paylaşdı
-
Maraqlı
Verilişdə sinəsi açılan qız: "Ümid edirəm, görən olmadı" - VİDEO