Nəsimi rayonunda “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı tədbir keçirildi

Nəsimi rayonunda “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı tədbir keçirildi

Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Uşaqlar cəmiyyətimizin sabahıdır”adlı keçirilən bayram tədbirində rayondakı 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan əlil uşaqlar, həmçinin şəhid, Qarabağ muharibəsi veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən - ümumilikdə 400-dən artıquşaq iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının geniş foyesində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarının əl işlərindən ibarət sərgiyə baxmışlar.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyevatədbirdə iştirak edən uşaqları salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik etmişdir. Gülarə Verdiyeva bildirmişdir ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ötən əsrin 70-ci illərində respublikamıza rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, uşaqların təhsili, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlamlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görmüşdür. "Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik əldə etdikdən sonra ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmışdır. Gülarə Verdiyeva çıxışına davam edərək qeyd etmişdir ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Nəsimi rayonunda uşaqlarla bağlı bir sıra önəmli layihələr həyata keçirilir. Nəsimi rayonunda da uşaq - gənclər siyasəti uğurla həyata keçirilir, müxtəlif təbəqələrdən olan uşaqların hər birinə xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin maraqlı,rəngarəng bayram konserti tədbir iştirakçılari tərəfindən maraqla qarşılanmışdır.Bayram şənliyi Şaxta baba, Qar qız və nağıl qəhrəmanlarının uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam etmişdir. Tədbirdə iştirak edən hər bir uşağa Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim olunmuşdur.

Tədbirdə iştirak edən valideynlər uşaqlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Xəbər lenti