"Niva" "VAZ"a çırpılıb yoldan çıxdı - ölən və yaralananlar var

Goranboy rayonunda ağır yol qəzası baş verib.

7News.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 11-də saat 8 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi "Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Xocalı RPŞ tərəfindən araşdırma aparılır.

7News.Az

Xəbər lenti