Novruz Məmmədovun ilk xarici səfəri

Novruz Məmmədovun ilk xarici səfəri

Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakının "Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

Bu barədə 7news.Az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, N.Məmmədov aprelin 21-də Azərbaycanın Baş naziri təyin edilib. Fransaya səfər N.Məmmədovun bu vəzifədə xarici ölkəyə ilk səfəridir. 

7news.Az

Xəbər lenti