"OBA" marketlər şəbəkəsi Cocuq Mərcanlı filialı üçün vakansiya elan etdi

Bu barədə 7NEWS.az saytı OBA Marketlər şəbəkəsinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir. Səhifədə qeyd olunan elanı olduğu kimi təqdim edirik:
"Hörmətli müştərilərimiz, tezliklə Horadizdə və Böyük Qayıdışın başlanğıcı olan doğma Qarabağımızın Cocuq Mərcanlı kəndində OBA marketləri fəaliyyətə başlayacaqdır!
Bu səbəbdən həmin filiallarımıza administrator və satıcı-kassir vakansiyalarını elan edirik. Həmin ərazilərdə yaşayan şəxslərdən işə qəbul üçün 055 205 73 63 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Ümid edirik ki, tezliklə bütün Qarabağ torpaqlarımız işğaldan azad olunacaq və ilk olaraq məhz biz orada marketlər açacağıq.
Dəyərli izləyicilərimiz, əgər sizin orada yaşayan və OBA marketlərində işləmək üçün uyğun bildiyiniz şəxslər varsa bizə məlumat verməyiniz xahiş olunur."
7NEWS.az

Xəbər lenti