Oğlunu əmizdirdiyi yerdə çəkilmiş şəkillərini paylaşdı

Oğlunu əmizdirdiyi yerdə çəkilmiş şəkillərini paylaşdı

Ötən ay ikinci dəfə ana olan məşhur model Krissi Teyqen İnstaqram hesabında yeni fotosunu paylaşıb.

7news.Az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı Krissi yenicə anadan olan Melisi əmizdirdiyi yerdə çəkilmiş şəklini izləyiciləri ilə bölüşüb.

 
Eyni zamanda qızı Lunanın gəlinciyini də "yedirdən" model fotonun altına belə yazıb:

"Luna gəlinciyini də əmizdirməyimi istədi. Düşünürəm, indi əkizlərim var"

 

Qeyd edək ki, Krissi ilə 39 yaşlı əri Con Legend 2007-ci ildə "Stereo” klipinin çəkilişi zamanı tanış olublar. Cütlüyün Luna Simona Stivens adlı qızı və Miles adlı oğlu var.





7news.Az

Xəbər lenti