Oğlunu polis akademiyasına "düzəltmək" üçün 4400 manat verdi

Oğlunu polis akademiyasına

Masallı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

7news.Az Lent.az-a istinadən xəbər verir ki, Masallı rayon sakini Qurbanova Xatirə Əbil qızı ərizə ilə polisə bildirib ki, bu ilin 13 aprelində İçərişəhər 1-ci Qəsr küçəsində tanışı Sərdar adlı şəxsə 4400 manat pul verib. 

Lakin həmin şəxs vədinə əməl etməyərək onu aldadıb.

Şikayətçi əlavə edib ki, həmin şəxs onun 18 yaşlı oğlunun Ukraynadakı Polis Akademiyasında təhsilini təşkil edəcəyinə söz verib.

Müraciət əsasında araşdırma aparılır. 

 

7news.Az

Xəbər lenti