On müəllimə 1 milyon “atan” qadına hökm oxunub

On müəllimə 1 milyon “atan” qadına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 10 nəfər müəllimə 1 milyon pul "atmaqda” təqsirləndirilən Vəfa Osmanlıya hökm oxunub.

Hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Osmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib

 V.Osmanlı vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxn pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq dövründə V.Osmanlı həbs edilməyib, daha sonra məhkəmə proseslərinə gəlmədiyi üçün barəsində həbs qərarı verilib.

 

V.Osmanlı Azərbaycan İqtisad Universitetində tutor işləyib, zərərçəkənlərin əksəriyyəti də müəllimdir.

7news.Az

Xəbər lenti