“Onu divana uzatdım...” - Bakıda qayınananın kürəkəninə intim təklifinin ŞOK TƏFƏRRÜATI

Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
7news.Az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, Cavid İbrahimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses iyulun 17-də davam edəcək.
İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb. Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.
Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olunmuş kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.
Məlum olub ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək ailədə səbəbsiz mübahisə yaratmağa başlayıb. Tüfeyli həyat sürən Cavad İbrahimovun qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb.
Təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qayınanasını dəfələrlə döyüb. Neçə dəfə də Nigar Niftəliyeva huşunu itirib.
Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qaynanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb.
Aldığı zərbələrdən yerdə qalan Nigar Niftəliyevanı kürəkəni Cavad İbrahimov öldürüb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad İbrahimov ittiham üzr özünü qismən təqsirli bilib. O qeyd edib ki, qayınanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb.
Onun sözlərinə görə, Nigarın qızı Arzu ilə 2012-ci ildə ailə qurub, həmin nikahdan 3 azyaşlı övladı var: "2005-ci ildən Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şirkətlərində fəhləlik etmişəm. Bir müddət sonra bütün ailəmiz Bakıya gəlib və Yasamal rayonunda kirayədə yaşamışıq. Ailəsi ilə qalan zaman rayondan qaynanam Nigar da bizlə yaşamağa başladı. Qaynanam sakit, heç kimlə problemi olmayan adam idi”.
Cavad İbrahimov qeyd edib ki, həyat yoldaşı Arzu qonşuluqda olan smetan sexində işləyib, ev işlərinə isə qayınanası baxıb: "Evimizdə qaz olmadığından qayınanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb evi qızdırırdı. O, evdə darıxdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə dəfə başı gicəllənərək yıxılmış və özünə xəsarət yetirmişdi. Ona görə bir neçə dəfə Nigara odun dalınca getməməsini demişdim”.
Cavad İbrahimov bildirib ki, qayınanası ona əxlaqsız təklif edib. Onun sözlərinə görə, qayınanası Nigar əxlaqsız qadın olduğunu və ona cinsi münasibətdə olmaq istədiyini və seksual hərəkətlər təklif edib: "Buna kəskin etirazımı bildirdim, tənbeh etdim ki, bir daha belə söhbət danışmasın. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək.
Bu söhbətdən 3-4 gün sonra yenidən qaynanam sevişmək istədiyini dedi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Onu divana uzatdım, paltarlarını çıxartdım ki, rahat olsun. Gördüm, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dilə qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm”.
Cavad İbrahimov bildirib ki, hadisə ilə bağlı təcili yardım çağırıb, 20 dəqiqə sonra təcili yardım gəlib: "Nigarı müayinə edən zaman məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək kimi bir niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm”.
7news.Az
Xəbər lenti
-
22:06Prezidentin köməkçisi Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insidentdən danışdı
-
20:24"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR
-
20:21Atatürk parkındakı obyektlər sökülmədi, ağaclar kəsildi, yeni obyekt tikilir – Fotolar
-
20:11Bakıda daha bir sürücü "qoçuluq" edib yol kəsdi - VİDEO
-
19:52DÜNYA ŞOKDA: Erməni qadın idmançı "kişi" çıxdı - FOTOLAR
-
19:19"Bakcell" və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib (FOTO)
-
18:00Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı
-
17:50Arvadını döyən dünya çempionu həbs edildi
-
17:49SOCAR-ın işçisi dənizə düşərək öldü
-
17:40Malayziyada timsah kişini qohumunun gözü qarşısında yedi
-
17:35Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
-
17:33Manatın YENİ MƏZƏNNƏSİ
-
17:30Qorbaçov 30 il öncəki tarixi faktı açdı: "Qoşunların..." - SENSASİON SÖZLƏR
-
17:2440 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARI
-
17:20Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "Bu yaxınlarda onu gördüm..." - VİDEO
-
17:12Ermənistan prezidentindən Qarabağla bağlı ŞOK SÖZLƏR: "Çox təhlükəli olacaq"
-
17:10"Bacımın ərinin məndən xoşu gəlir" - VİDEO - FOTO
-
17:08Reklam və əmanətlərlə bağlı qanun dəyişdirilir
-
17:06"Namus məsələsini siyasətə gətirmək ən böyük cinayətdir" - Azay Quliyev / MÜSAHİBƏ
-
17:00Bergüzar geyimi ilə gecəyə damğa vurdu - Fotolar
-
16:57Lukaşenko: Sabah da Putinlə biz birləşə bilərik - VİDEO
-
16:51Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayrılıb
-
16:50İki dəfə boşanan müğənnini biabır etdilər: "Ürəyi "obşijitel"di" - VİDEO
-
16:49Prezident yol tikintisinə pul ayırdı
-
16:40Məşhur müğənni 123 mətbuat orqanını məhkəməyə verdi - Həyat yoldaşına görə
-
16:30Bakıda qardaşdan ailəli bacısına qarşı dəhşətli əməl – Təfərrüat
-
16:22Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilib
-
16:2013 yaşlı qızı evə gətirib... – Pedofil gəncdən çirkin əməl/18+Fotolar
-
16:15BİABIRÇILIQ: Həkimin yazdığı dərman Xalq artistini ŞOKA SALDI, səhhəti AĞIRLAŞDI - VİDEO
-
16:11Bakıda taksi sürücüsü sükan arxasında dünyasını dəyişdi - VİDEO
-
16:10Bakıda faciəvi hadisə - 23 yaşlı qız öldü
-
16:09“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
-
16:00Qızını görən ananın ürəyi getdi - ATV-də ürək parçalayan anlar (VİDEO)
-
15:50Haydi Klum beşinci uşağına hamilədir
-
15:45Sahibkarlara xəbərdarlıq: dövlət qurumları hərəkətə keçdi, komissiya yaradıldı
-
15:40Özünə 10 milyonluq ev aldı
-
15:30Camal Qaşıqçı cinayətinin TÜKÜRPƏDƏN FAKTLARI: meyiti təndirdə yandırılıb, nişanlısı isə...
-
15:26Penitensiar Xidmətdən Taleh Bağırovla bağlı açıqlama
-
15:2413 yaşlı şagirdi ilə intim münasibətdə olan qadın müəllimin VİDEOsu yayıldı - FOTO
-
15:20Reyhan Camalova Azərbaycanı yenidən ABŞ-da təmsil edəcək
Digər xəbərlər
-
HADİSƏ
Bakıda daha bir sürücü "qoçuluq" edib yol kəsdi - VİDEO
-
HADİSƏ
SOCAR-ın işçisi dənizə düşərək öldü
-
HADİSƏ
Bakıda qardaşdan ailəli bacısına qarşı dəhşətli əməl – Təfərrüat
-
HADİSƏ
Bakıda faciəvi hadisə - 23 yaşlı qız öldü
-
HADİSƏ
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
-
HADİSƏ
Borclu şəxsi bağ evində soyundurdular: "Arvadımın qızıllarını..." – Təfərrüat/Video
-
HADİSƏ
80 yaşlı qadın evində saxladığı kirayəşini doğrayıb yedi - FOTO
-
HADİSƏ
Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava - YENİLƏNİB + VİDEO
-
HADİSƏ
Azərbaycanda dəhşətli qəzada vəfat edən şəxs vəzifəli şəxsin oğlu imiş - FOTO/VİDEO