"OPEK+"-dan hasilatla bağlı qərar

OPEK+ ölkələrinin xarici işlər nazirlikləri neft hasilatının azaldılması ilə bağlı qərarın müddətinin 9 ay – 2018-ci ilin sonuna qədər uzadılmasını irəli sürüb.

7news.Az xəbər verir ki, Omanın neft və qaz naziri Məhəmməd bin Hamad ar-Ruxmi hasilatın azaldılması ilə bağlı qərarın ilin sonuna qədər qüvvədə qalmasının tərəfdarı olduqlarını deyib: "Lakin bəllidir ki, monitorinq komitəsinə daxil olan ölkələr daim görüşlər keçirəcək. Bu görüşlərdə bazarın vəziyyəti qiymətləndiriləcək. Növbəti görüş 2 ay sonra Omanda baş tutacaq”.

O, hazırda razılaşmanın uğurla icra edildiyini deyib: "OPEK+ ölkələrinin hasilatın müddətinin uzadılmasına qarşı çıxmayacaqlarını düşünürəm".

 

7news.Az

Xəbər lenti