Oqtay Əsədov: 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür

Oqtay Əsədov: 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür

"Prezident ilham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində qlobal iqtisadiyyatda baş verən maliyyə böhranlarının Azərbaycan iqtisadiyyatına təsirinin qarşısını almağa imkan verib".

7news.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib.

"Yürüdülən iqtisadi siyasət makroiqtisadi təhlükələrin qarşısını almağa imkan verib. Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması və Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafına zəmin yaradıb. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun payı 50%-dək yüksəlib. 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Xərclərin 33,5%-nin sosial sahəyə ayrılması bunu bir daha sübut edir. Növbəti ildə iqtisadi artım proqnozlaşdırılır. 2018-ci ilin dövlət büdcəsi nəzərdə tutulan layihələrin reallaşmasına imkan verəcək", - deyə o vurğulayıb.

 

7news.Az

Xəbər lenti