Oqtay Əsədov: Ermənilər sülh danışıqlarına imkan vermir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Antalya şəhərində Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşünün rəsmi açılışı olub.
7News.Az xəbər verir ki, "Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” devizi altında keçirilən görüşdə Azərbaycanı Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyevvə digər rəsmi şəxslər daxildir.
Tədbirə 39 ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də daxil olmaqla, ümumilikdə 350-dan çox iştirakçı qatılıb.
Görüşün rəsmi açılışında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin artıq ənənə halını alan görüşlərinin məqsəd və vəzifələrindən danışıb.
Dünyanın ayrı-ayrı bölgələrindəki mövcud münaqişələrin əməkdaşlığa və inkişafa ən böyük əngəl olduğunu diqqətə çatdıran TBMM-nin sədri bildirib ki, Türkiyə Avrasiya məkanında ölkələrin, xalqların sülh və bərabərlik, inkişaf və rifah şəraitində yaşamasına tərəfdar olmaqla, bu istiqamətdə önəmli addımlar atmaqdadır. Qeyd edilib ki, Yaxın Şərqdə, həmçinin Suriyada sülh və əmin-amanlığın təmini üçün edilən cəhdlər buna nümunədir.
Parlament sədri qeyd edib ki, heç kim iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, qaçqın və məcburi köçkünlər məsələsinə biganə qalmamalıdır. Terrorçuluğun və onun dəstəklənməsinin yaratdığı təhlükələrdən bəhs edən Yıldırım qeyd edib ki, Türkiyə bundan sonra da terrorun bütün forma və metodlarına, o cümlədən PKK, FETÖ və digər terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxışında dünyadakı mövcud problemlərin qarşılıqlı anlaşma şəraitində həllinin əhəmiyyətinə toxunub.
Qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, həmçinin Suriya probleminin həlli üçün bu ölkənin bəzi bölgələrində atəşkəsin əldə olunması kimi nailiyyətlər maraqlı ölkələr arasında aparılan səmərəli dialoq nəticəsində qazanılıb.
Volodin bildirib ki, bütün problemlərin həlli və iqtisadi əməkdaşlıq sülh çağırışları sayəsində çözülə bilər.
O.Əsədov isə bildirib ki, hazırda bütün dünya miqyasında getdikcə daha da kəskinləşən qlobal problemlərin həllində parlamentlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı mühüm rol oynayır:
"İnanıram ki, bugünkü müşavirədə aparılan fikir mübadiləsi bir-biri ilə sıx bağlı olan iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf məsələlərində parlamentlərimizin ortaq mövqelərinin müəyyən edilməsinə kömək göstərəcək”.
Milli Məclisin sədri qeyd edib ki, bu gün dünya birliyi özünün artan tələbatı ilə bu tələbatın yerinə yetirilməsi imkanları arasında kəskin ziddiyyətlərlə qarşılaşıb:
"Həmin ziddiyyətlərin həll edilməsi üçün işlənib hazırlanan davamlı inkişaf modeli bəşəriyyətin təhlükəsiz gələcəyi naminə bütün dövlətlərin səylərinin birləşdirilməsi üzərində qurulub. Qlobal xarakter alan dünya iqtisadiyyatı getdikcə daha çox dərəcədə ekoloji tarazlığın qorunub-saxlanması konsepsiyasına əsaslanır”.
Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən transmilli layihələrin iqtisadi inteqrasiya üçün yaranmış imkanların lazımınca dəyərləndirilməsi nəticəsində meydana gəldiyini diqqətə çatdıran O.Əsədov bildirib ki, bu layihələr Avrasiya qitəsinin çox geniş bir bölgəsində inkişafın, sülhün, sabitliyin, təhlükəsizliyin, dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsinə yönəlib:
"İqtisadi layihələrin hazırlanması və həyata keçirilməsi zamanı ekoloji məsələlərə xüsusi diqqət yetirilir. Azərbaycanın iştirak etdiyi bütün transmilli layihələrdə ətraf mühitin qorunması ən yüksək standartlar əsasında təmin edilir”.
O.Əsədov qeyd edib ki, Avrasiya qitəsində yaşayan xalqların firavan gələcəyi yalnız qarşılıqlı şəkildə faydalı iqtisadi əməkdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər:
"Təəssüflər olsun ki, Avrasiya məkanında alovlanmaqda olan müharibə və münaqişə ocaqları, o cümlədən ölkəmizin zorla cəlb edildiyi Ermənistan-Azərbaycan münaqişəsi geniş bir bölgənin inkişaf imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir.
Ermənistan silahlı qüvvələri 25 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini, yəni Dağlıq Qarabağ regionunu və onun ətrafındakı yeddi rayonu işğal edib. Aparılan etnik təmizləmə nəticəsində Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından bir milyon dinc sakin qovulub, didərgin salınıb.
Azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törədilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib.
Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də Avrasiya qitəsində və bütün dünyada sülh və sabitlik üçün daimi təhlükə mənbəyidir.
Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır”.
Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü işini panel iclaslarla davam etdirəcək.
Tədbir çərçivəsində geniş mədəni proqram təşkil olunacaq.
7News.Az
Xəbər lenti
-
21:00“İdeyadan Biznesə” layihəsi çərçivəsində Mingəçevirin ən yaxşı innovativ layihələri müəyyənləşib
-
20:11Mehriban Əliyevadan Zəhra ilə bağlı MÖHTƏŞƏM ADDIM - Hədiyyə göndərdi (FOTO)
-
20:05"Ailədə 2 nəfər işləyəndə, iki yerdə çalışanda 180 manatla dolanmaq olar" - Hadi Rəcəbli
-
20:02“Azərbaycan-Slavyan Gənclərinin I Forumu” çərçivəsində panel müzakirələri reallaşıb – FOTOLAR
-
19:18Türkiyədə “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı film çəkilib VİDEO
-
17:59SON DƏQİQƏ: Oqtay Şirəliyev istefaya göndərildi: Yeni səhiyyə naziri kim olacaq?
-
15:12Azərbaycanlı Milyarderdən Ermənilərin Öldürmək Istədiyi Jurnalistimizə Dəstək: Zirehli Maşın Təklif Etdi
-
14:00İnsan öz bacısına bunu edərmi? - Tükləriniz biz-biz olacaq/ FOTOLAR
-
13:50Doğum tarixini gizlədən Brilyant Dadaşovanın yaşı bilindi
-
13:40Ruhəngiz Musəvini boşayıb, bu məşhurla evləndi - FOTOLAR
-
13:30Başqa qadına yazdığı mesajlar yayılan futbolçuya arvadından ağır zərbə - FOTOLAR
-
13:26Bakıda körpüdə ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
13:20Azərbaycanda 2 yaşlı uşağın üzünə benzin töküb yandırdılar - Atasından ŞOK SÖZLƏR (+18 FOTOLAR)
-
13:10Bəkarətini 2 Milyon Avroya Satan Azərbaycanlı Model Danışdı: “İlk Təcrübəm Çox Xoş Keçəcək” – FOTOLAR
-
13:03Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilmişdir
-
13:00Şeyma Subaşının sevgilisi ilə yataq GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO
-
12:50Damlanın olduğu iddia edilən intim videonu İradə Mehri yayıb? - Açıqlama
-
12:40"Sona məktəbdə oxuyanda evli kişi ilə..." - Hüseyn Dəryanın ailəsinin DNK qalmaqalı bitmir - Video
-
12:30Türk məşhur azərbaycanlı oriental rəqqasədən gözünü çəkə bilmədi - FOTOFAKT
-
12:20Milli Məclisdə daha iki qanun layihəsi müzakirəyə çıxarılır
-
12:14“Odlar Yurdu” Milli Mükafatına layiq görülən nominantlar açıqlandı
-
12:10Canlı yayımda Nazpərinin halı pisləşdi - VİDEO
-
12:00Ajda 46 il əvvəl - Foto
-
11:50Türkan Şoray pərəstişkarının 57 illik arzusunu yerinə yetirdi — FOTO / VİDEO
-
11:40Kirayədə qaldı, 1800 manatlıq məişət əşyalarını götürüb qaçdı - FOTO
-
11:30Azərbaycanlı müğənninin biabırçı videosu yayıldı.. - VİDEO
-
11:20Məşhur müğənni HƏBS OLUNDU
-
11:10Bakıda dəhşətli hadisə: Kişi qadının üstünə kerosin töküb yandırdı
-
11:00“200 ABŞ əsgəri Türkiyənin qarşısını ala bilməz” – Rus ekspert
-
10:50Bakıda dəhşət — Ata öz məktəbli qızına tamah saldı və...
-
10:40Zaxarova azərbaycanlı jurnalistin sözünü kəsdi - VİDEO
-
10:30Bu da İranda bayrağımız üçün mübarizə aparan 11 yaşlı Zəhra – VİDEO
-
10:20Teleaparıcının vəzifəyə təyin olunması xəbəri yalan çıxdı
-
10:10Ən çox rast gəlinən xəstəliklərdən biri — Necə qorunaq? + FOTO
-
10:05Türkiyənin Bursa şəhərində, Uludağ Universitetində “Xocalı Soyqırımı”nın 27-ci il dönümü anılıb
-
10:00Bağçada 3 yaşlı uşaq ASILI HALDA TAPILDI - Səbəbi hər kəsi ŞOKA SALACAQ - VİDEO
-
09:54BSU-da “Ana harayı” olacaq
-
19:22Azərbaycanlı Qadın Yazar Erotik Şeirini Paylaşdı: “Tələsmə, Yavaş-Yavaş…”
-
19:05Bakıda Oğlan Intihar Edir – ANBAAN VİDEO
-
18:00Dünyanın ən böyük arısı aşkarlandı - məhv olmuş sayılırdı - VİDEO - FOTO
Digər xəbərlər
-
SİYASƏT
Mehriban Əliyevadan Zəhra ilə bağlı MÖHTƏŞƏM ADDIM - Hədiyyə göndərdi (FOTO)
-
SİYASƏT
Milli Məclisdə daha iki qanun layihəsi müzakirəyə çıxarılır
-
SİYASƏT
Zaxarova azərbaycanlı jurnalistin sözünü kəsdi - VİDEO
-
SİYASƏT
Qarabağda ölüm-dirim savaşı başlandı: Saakyan üçün HƏRƏKƏTƏ KEÇDİLƏR
-
SİYASƏT
Mehriban Əliyeva Baronessa Emma Nikolsonla görüşüb - YENİLƏNİB + FOTO
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə bağlı sərəncam imzalayıb
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib
-
SİYASƏT
Kadırov əsəbiləşdi: "Bu, bütün Qafqazı alçaltmaqdır"
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyevin fərmanı Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinin yüksək qayğı ilə əhatə olunduğunu təsdiq edir