"Oskar"a namizədlərin seçilməsinə dair səsvermə başa çatıb

Amerika Kinematoqrafiya İncəsənət və Elmləri Akademiyası "Oskar”a namizədlərin seçilməsinə dair keçirdiyi səsverməni başa çatdırıb.

7News.az "Qazeta.ru" saytına istinadən xəbər verir ki, seçim mərhələsində fevralın 27-dək iştirak etmək mümkün olub.

Məlumata görə, fevralın 9-25-də Cənubi Koreyanın Pxençxan şəhərində keçirilmiş XXIII Qış Olimpiya Oyunlarına görə "Oskar" mükafatının təqdimat mərasim əvvəlki illərdən fərqli olaraq gec baş tutacaq. 

Qaliblərin mükafatlandırılması mərasimi martın 4-də keçiriləcək. 

Xəbər lenti