“Çoxları bu sammiti elmi-fantastika hesab edəcək” - Kim Çen In

“Çoxları bu sammiti elmi-fantastika hesab edəcək” - Kim Çen In

ABŞ prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In Sinqapur sammitinin yekunlarına dair sənəd imzalayıblar.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp həmkarı ilə çox vacib və ətraflı sənəd imzaladıqlarını və bunun çoxlu səy tələb etdiyini qeyd edib

Şimali Koreya lideri isə Trampa bildirib ki, onun fikrincə sammit bir çoxlarına elmi-fantastika kimi görünəcək: "Çoxları bu haqda elmi-fantastik filmdən bir növ fantaziya kimi düşünəcək...Kim Çen In imzalanan sənədi iki ölkə əlaqələrində yeni başlanğıc kimi dəyərləndirib və gələcək üçün böyük dəyişikliklər vədi verib.

 

Tramp Koreya yarımadasının denuklearizasiya prosesinin çox tezliklə başlayacağını anons edib. ABŞ lideri, həmçinin bəyan edib ki, Kim Çen ını Ağ Evə dəvət etməyə hazırdır. 

7news.Az

Xəbər lenti