Pakistanda silahlı insident - Ölən və yaralananlar var

Pakistanda silahlı insident - Ölən və yaralananlar var

Pakistanın paytaxtı İslamabadda silahlı insident baş verib.

Bu barədə "Sinxua” agentliyinə məlumat yayıb.

Məlumata əsasən, motosikletdə olan silahlı şəxslər məscidin qarşısında insanlara atəş açıblar. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

"Daily Pakistan” qəzetinin polisə istinadən məlumatına  görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Hədəfdə isə Pakistan kəşfiyyat bürosunun əməkdaşı olduğu bildirilir./qafqazinfo

 

7news.Az

Xəbər lenti