Parklanmaya görə qonşusunu öldürənə 17 il cəza istənildi

Parklanmaya görə qonşusunu öldürənə 17 il cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Vidadi Rzayevın (1960-cı il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

7news.Az-ın məlumatına görə, bu il yanvarın 14-də paytaxt sakini Şahin Ələsgərovun (1970-ci il təv.) kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal RPİ 29-cu polis bölməsinə məlumat daxil olub. 

Araşdırmaya başlayan polis və prokurorluq əməkdaşları müəyyən ediblər ki, hadisə Xıdır Mustafayev küçəsində qeydə alınıb. Məlum olub ki, Vidadi Rzayev aralarında yaranmış mübahisə zamanı qonşusu Şahin Ələsgərova çoxsaylı bıçaq zərbələri vurub. Cinayəti törədən Rzayev saxlanılıb.

Məlum olub ki, Şahin Vidadiyə avtomobilini yolda saxladığı üçün dəfələrlə iradını bildirib. Sonuncu dəfə qonşular arasında mübahisə düşdükdə Rzayev Ələsgərovu bıçaqlamaq qərarına gəlib. Şahin axşam evdən çıxıb, çörək almaq üçün həyətə düşəndə Vidadi bıçaqla ona ölümlə bilavasitə səbəbli əlaqəsi olan xəsarətlər yetirib. 

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 17 il 6 ay cəza təyin olunmasını xahiş edib.

V.Rzayevin müdafiəçisi çıxış etmək üçün vaxt istəyib.

7news.Az

Xəbər lenti