Parlamentdə VACİB MÜZAKİRƏ: Cənubi Azərbaycanda 35 milyon əhali...

Parlamentdə VACİB MÜZAKİRƏ: Cənubi Azərbaycanda 35 milyon əhali...

"Bu il məktəblərdə birinci sinfə qəbulda rus bölməsinə meyil edənlərin sayı çoxdur. Bu, məni narahat edən məsələdir. Hesab edirəm ki, bu, kökündən yanlışdır və bunun qarşısı alınmalıdır. Mən Azərbaycan məktəblərində əsla rus dilinin tədris olunmasına qarşı deyiləm.

7News.Az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputatı Gövhər Baxşəliyeva deyib.

Deputat əlavə edib ki, Azərbaycanın Rusiya ilə yaxşı əlaqələri və münasibətləri var:

 

"Amma rus dili xarici dil kimi tədris edilməlidir. Məktəblərdə rus dilinin tədrisi saatları artırıla bilər. Lakin bütövlükdə birinci sinif uşaqlarının rus bölməsinə verilməsi yanlışdır. Cənubi Azərbaycanda 35 milyon əhali ana dilində təhsili uğrunda mübarizə aparır, biz isə sanki könüllü şəkildə ana dilindən imtina edirik. Hesab edirəm ki, birinci sinifdə təhsil dili ana dilində olmalıdır”.

7News.Az

Xəbər lenti