Paşinyana tanınan zaman bitmək üzrədir və... - Politoloqdan XƏBƏRDARLIQ

Paşinyana tanınan zaman bitmək üzrədir və... - Politoloqdan XƏBƏRDARLIQ


 

"Qarabağ klanı ilə İrəvan rəhbərliyi arasında baş verən qarşıdurma getdikcə dərinləşməkdədir. Artıq bir sıra həbslər baş verib. Robert Köçəryan həbsdədir. Bako Saakyana da müəyyən təzyiqlər göstərilir. İş orasındadır ki, hər bir qarşıdurmanın nəticəsi o qarşıdurmanın arxasında dayanan xarici qüvvələrdən asılıdır”.

 Sözləri siyasi şərhçi Fikrət Sadıqov deyib.

Ermənistanda ali səviyyədə siyasi qarşıdurmaların vəziyyətindən danışan siyasi ekspert bildirib ki, Paşinyanı bundan sonra çətin vəziyyət gözləyir: "Paşinyan özünü sözəbaxan aparmaq və yenidən çabalamaq siyasətini davam etdirmək istəsə, konkret siyasi prioritetlərindən kənara çıxmasa Qarabağ klanının arxasında dayanan siyasi qüvvələr ona qarşı müəyyən plan hazırlaya bilərlər. Mitinqlər, küçədə yürüşlərin keçirilməsi vasitəsilə və s. Düşünmürəm ki, yaxın gələcəkdə Ermənistanda etiraz aksiyalarının şahidi olaq. Çünki Paşinyanın verdiyi vədlərinin yerinə yetirmək müddəti hələ bitməyib və cəmiyyət ondan nəticələr gözləyir. Lakin Paşinyana tanınan zaman bitmək üzrədir. Əgər belə getsə, mütləq ona qarşı hansısa hərbi-siyasi qüvvələr ayağa qalxa bilər və onlara müəyyən xarici qüvvələr dəstək verə bilərlər. Bu halda, Paşinyanın vəziyyəti çox ağır olacaq”./publika

7News.Az

Xəbər lenti