Paşinyandan Qarabağla bağlı taktiki gediş – ŞƏRH

Paşinyandan Qarabağla bağlı taktiki gediş – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanı dəyişmək istəyir. 

Bu sözləri 7news.Az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır. 

"Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu”, - ekspert qeyd edib.

Şahinoğlu əmindir ki, əgər Paşinyan keçmiş şefinin bu səhfindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq. 

"Əks halda Serj Sərkisyan – Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər”, - politoloq əlavə edib.

7news.Az

Xəbər lenti