Paytaxtda sürücünün piyadanı vuraraq qaçdığı qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO

Paytaxtda sürücünün piyadanı vuraraq qaçdığı qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO

Paytaxtın piyada keçidi olmayan yerdən yolu keçən şəxsi avtomobil vurub.

7News.Az ARB TV-yə istinadən xəbər verir ki, 36 yaşlı Natiq Quliyevin Nərimanov rayonu ərazisində Ziya Bünyadov prospektində yolu piyada keçidi olmayan yerdən keçmək istəyi ona baha başa gəldi.

Nəticədə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil onu vurub.

Hadisədən sonra sürücü ərazidən qaçıb.

Yaralıya isə ilkin tibbi yardımı şahidlər göstəriblər. Əraziyə Təcili Tibbi Yardım briqadası çağırılıb. Qəza səbəbindən yolda tıxac yaranıb. Yalnız DYP əməkdaşlarının müdaxiləsindən sonra Təcili Tibbi Yardım maşını hadisə yerinə gələ bilib. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər xəstənin həyatı üçün təhlükə olmadığını bildiriblər.

Piyadanı vuran sürücünü müəyyən etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

7News.Az

Paytaxtda sürücünün piyadanı vuraraq qaçdığı qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ

Xəbər lenti