Penitensiar Xidmətin Konvoy taborunun yeni komandiri vəzifədən kənarlaşdırıldı

Penitensiar Xidmətin Konvoy taborunun yeni komandiri vəzifədən kənarlaşdırıldı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun yeni komandiri dəyişdirilib.

7news.Az Report-a istinadən xəbər verir ki, Konvoy taborunun komandiri vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı Azad Maşanov vəzifəsindən azad edilib.

Onun yerinə isə ədliyyə mayoru Arif Mirzəyev təyin olunub. A.Mirzəyev də Konvoy taborunun komandiri vəzifəsini müvəqqəti icra edəcək.

O, daha əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Quba rayonu ərazisində yerləşən 9 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi olub.

A.Maşanov isə yenidən keçmiş vəzifəsinə - Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayına qaytarılıb.

 

7news.Az

Xəbər lenti