Polis hər yerdə 3 saat boyunca qapı zəngini yalayan oğlanı axtarır - VİDEO

Polis hər yerdə 3 saat boyunca qapı zəngini yalayan oğlanı axtarır - VİDEO

Kaliforniyada evin təhlükəsizlik kamerasına düşən görüntülər təəccübləndirib.

7News.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, videoda şübhəli şəxsin 3 saat boyunca qapı zəngini yalaması əks olunub.

Görüntülər Kaliforniyanın Salinas vilayətində çəkilib. Qara saçlı cavan oğlan 3 saat boyunca Dungon ailəsinin qapı zəngini yalayıb.

Hazırda polis video ilə bağlı araşdırma aparır. Videodakı oğlan axtarışa verilib.

 

Onun adının Roberto Daniel Arroyo olduğu aşkarlanıb. Robertonun 33 yaşı var.

"Əvvəlcə videonu izləyəndə narahat oldum. Çünki mən və xanımım evdə yox idi. Hadisə uşaqların evdə tək olduğu vaxt baş verib. Amma videonu bir az izlədikdən sonra məni gülmək tutdu", - Sylvia Dungan adlı ev sahibi söyləyib.

7News.Az

Polis hər yerdə 3 saat boyunca qapı zəngini yalayan oğlanı axtarır

Xəbər lenti