Polis məktəblini azərbaycanlının evində axtardığına peşman oldu

Polis məktəblini azərbaycanlının evində axtardığına peşman oldu

Rusiyanın Kemerova şəhərində 47 yaşlı azərbaycanlı hakim qarşısına çıxarılacaq. 

7News.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, polis əməkdaşlarına qarşı zor tətbiq etmədə ittiham olunur. 

Bu ilin martında həddi-büluğa çatmamış qızın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub. Hüquq-mühafizə orqanları şübhəli bilinən şəxsin evinə baxış keçirmək istəyiblər. 

Qapını 47 yaşlı kişi açıb. Polislər ev sahibinə axtarışın səbəblərini açıqlayıb. Bu zaman o, polislərdən birinin əlinə, digərinin isə boynuna xəsarət yetirib və mənzildən qovub. 

Kişi əməlini etiraf etməyib və üç ay axtarışda olub. Cinayət işi məhkəməyə göndərilib.

7News.Az

Xəbər lenti