Polis oğrunu qovaraq tutdu - BAKIDA

Polis oğrunu qovaraq tutdu - BAKIDA
Bakıda oğurluğa cəhd edən şəxs tutulub.

7news.Az xəbər verir ki, aprelin 11-də saat 04:05 radələrində Lökbatan qəsəbəsində yerləşən "Aqrovest” adlanan bazarda nəzarətçi işləyən Elnur Vəliyevə məxsus "Samsung” markalı mobil telefonu oğurlayıb qaçan şəxsi polis təqib edib. Nəticədə əvvəllər Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə məhkum olunmuş, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Toğrul Akif oğlu zərərçəkənin səs-küyünə gələn Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulub. O, polis tərəfindən təqib edilərək bir neçə yüz metr kənarda saxlanılaraq maddi sübutla birlikdə ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.
 
7news.Az

Xəbər lenti