Polis zabiti ofisiantı oturduğu masaya çağırıb şillələdi - Bizlə niyə maraqlanmırsan? - VİDEO

Polis zabiti ofisiantı oturduğu masaya çağırıb şillələdi - Bizlə niyə maraqlanmırsan? - VİDEO

Türkiyənin Karaman rayonunda polis rəisinin müavini E.E. üç məsləkdaşı ilə getdiyi kafedə onlarla maraqlanmadığını hesab etdiyi ofisiantı şillələyib, mübahisə etdiyi sahibkarı isə yumruqlayıb, başına tapança sıxıb.

Hadisə iş yerindəki təhlükəsizlik kamerasına tuş gəlib.

Polis rəisi E.E.-nin tapançanı çıxarıb restoran sahibinin başına söykədiyini görən digər müştərilər qorxu və həyəcan içində çölə qaçıblar.

Hadisə 28 yanvar, axşam saatlarında qeydə alınıb

 

Qaçan müştərilərin çağırdığı polislər, 4 məsləkdaşının ifadələrini almaq üçün polis idarəsini aparıblar. İfadələri alınan polislərlə bağlı istintaq işinin başlanıldığı deyilir./milli

7News.Az

Polis məmuru ofisiantı şillələdi: restoran sahibinin üzərinə SİLAH ÇƏKDİ

Xəbər lenti