Politoloq: “Ədalət mühakiməsinin effektivliyi üzrə AŞPA-nın fəaliyyəti yoxdur”.

Politoloq: “Ədalət mühakiməsinin effektivliyi üzrə AŞPA-nın fəaliyyəti yoxdur”.
AŞPA-nın yaz sessiyasında Müstəqil Araşdırma Qurumun təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabatı açıqlanıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPAsədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir. Müstəqil Araşdırma Qurumu bu hesabatı Azərbaycanın beynəlxalq aləmdə imicinə ciddi ziyan vura bilərmi? 

Məsələylə bağlı fikirlərini BNEWS.az-a bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu son illər AŞPA-nın hesabatlarına diqqət yetirilmədiyini bildirib: "Həqiqətən ədalət mühakiməsinin effektivliyi üzrə AŞPA-nın fəaliyyəti yoxdur. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi sənədlər qəbul edilib. Amma bu sənədlərin heç biri yerinə yetirilmir. Digər sədlər də açıqlanır, bir neçə gün diqqət mərkəzində olur. sonra isə hamı tərəfindən unudulur. Hesab edirəm ki, korrupsiya faktı ilə bağlı sənəd beynəlxalq aləmdə Azərbaycanən əlehinə elə də ciddi bir təsiri olmayacaq. Qərbdən Azərbaycana hakimiyyətin qarşı müəyyən tənqidlər olsa da, həmin Qərb ölkələrin rəhbərləri Azərbaycanla əməkdaşlıq edirlər. Götürək Böyük Britaniyanı, ən çox Azərbaycan hakimiyyətini tənqid edən "The Guardian” və digər qəzetlərdir. Bu gün isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri xanım Tereza Meyin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi ölkəsinə səfəri dəvət edib. Bu, sənədlər, tənqidlər Qərblə Azərbaycan arasında münasibətlərə təsir göstərmir”.

7news.az

Xəbər lenti