Polşada qırıcı qəzaya uğrayıb

Polşada qırıcı qəzaya uğrayıb

Polşada MİQ-29 qırıcısı qəzaya uğrayıb.

Bu barədə TVN24 kanalı məlumat yayıb.

Məlumata əsasən, Minska Mazovetskovo rayonunda qəzaya uğrayan qırıcının qalıqları artıq tapılıb.

Döyüş təyyarəsinin bazar ertəsi axşam saatlarında radarlardan itdiyi bildirilib. Pilotun vaxtında katapultdan istifadə etdiyi qeyd olunub. Hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə, qəzanın başvermə səbəblərinin polis və prokurorluq araşdıracaq.

MİQ-29 qırıcılarının uçuşları müvəqqti olaraq dayandırılıb./qafqazinfo

 

7news.Az

Xəbər lenti