Poroşenkodan QƏRİBƏ ARZU: “Trampın Putini…”

Poroşenkodan QƏRİBƏ ARZU: “Trampın Putini…”

"Arzu edirəm ki, Donald Tramp Rusiya prezidenti Vladimir Putinin doğru yola qaytarsın”.

7news.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenkonun "Financial Times” nəşrində dərc olunan məqaləsində yer alıb.

Poroşenkonun sözlərinə görə, bu həftə Ukrayna üçün təhlükəsizlik və sabitliyin ağır və əhəmiyyətli çağırışları yaranır. Prezident xatırladıb ki, bazar ertəsi başlanan Ukrayna-Avropa İttifaqı sammitindən sonra – iyunun 11-də NATO-nun sammiti olacaq və orada Ukrayna da iştirak edəcək.

Dövlət başçısı bildirib ki, "Ukrayna həftəsi” güclü siqnalı göndərəcək və onu həm Brüsseldə, həm də onun hüdudları xaricində, hər şeydən əvvəl, Helsinkidə (iyulun 16-da Finlandiya paytaxtında Putinlə Trampın görüşü nəzərdə tutulub –red.) eşidəcəklər.

"Mən Trampın Putini doğru yola qaytaracağını arzu edirəm. Əminəm ki, o, bizim məğlubiyyətimizi gözləyir. Amma bu bizim variantımız deyil və o heç vaxt olmayacaq”, - Ukrayna lideri əlavə edib.

7news.Az

Xəbər lenti