Post-sovet ölkələri üzrə maaşlar açıqlandı - Azərbaycan hansı ölkələrdən geri qalır?

Post-sovet ölkələri üzrə maaşlar açıqlandı - Azərbaycan hansı ölkələrdən geri qalır?
Avropa statistika idarəsi 2017-ci ildə ölkələr üzrə vergi çıxıldıqdan sonra orta aylıq maaşlar haqqında məlumat açıqlayıb. Məhz keçmiş post-sovet ölkələri üzrə vəziyyət belədir.
 
BNEWS.az xəbər verir ki, bu göstəriciyiə görə, lider Estonyadır. Bu ölkədə minimum əmək haqqı vergi çıxıldıqdan sonra 993 avro təşki edir.
 
Belə ki, ikinci sırada 691avro ilə Latviya gəlir. Sonrakı yerlərdə bu ölkələrdir: Litva (650 avro), Rusiya (474 avro), Qazaxstan (346 avro), Belarus (320 avro), Gürcüstan (293 avro),  Ermənistan (251 avro), Azərbaycan  (232 avro) və  
Ukrayna (190 avro).
 
Azərbaycan tək Ukraynadan öndədir, orta aylıq net maaşa görə Gürcüstandan 61 avro, Ermənistandan 19 avro geridəyik, nefti-qazı, ciddi təbii resursları olmayan Estoniya vətəndaşlarından isə bizim vətəndaşlar 4,2 dəfə az orta aylıq maaş alırlar.
 
Avropada həftəlik ortalama iş saatı 38,6, Türkiyədə 45, İtaliyada 36, Almaniyada 35, Norveçdə isə 30 saatdır.
 
7news.Az

Xəbər lenti