Prezident ABŞ Departamenti rəsmisini qəbul edib - YENİLƏNİB

Prezident ABŞ Departamenti rəsmisini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev iyunun 27-də ABŞ Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə Bürosunun baş rəsmisi, xanım Elis Uelsi qəbul edib.

7news.Az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

09:12

ABŞ dövlət katibinin köməkçisinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə birinci müavini Elis Uells 27-29 iyun tarixlərində Bakıya səfər edəcək.

7news.Az-ın xəbərinə görə, Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilir ki, Uells Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

Məlumatda  bildirilir ki, iclasın kuluarlarında dövlət katibinin köməkçisinin müavini Uells Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək:

"Uells onlara Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək” missiyasına dəstəklərinə görə təşəkkürünü bildirəcək”.

Qeyd edək ki, Təmas Qrupunun toplantısı iyunun 28-də Bakıda keçiriləcək.

7news.Az

Xəbər lenti