Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başlayıb (FOTOLAR)YENİLƏNİB

Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başlayıb (FOTOLAR)YENİLƏNİB

Sentyabrın 6-da Azərbaycan Respublikasının prezidentiİlham Əliyev Zaqrebdə "Xorvatiya Qurbanlarının Səsi-Ağrı Divarı” abidəsini ziyarət edib.

7News.Az xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə əklil qoyub, Xorvatiya uğurunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad edib.

14:08

Sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

7News.Az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

14:02

Sentyabrın 6-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.

7News.Az xəbər verir ki, "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek imzalayıblar.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzalayıblar.

12:59

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

7News.Az-ın məlumatına görə, görüş sentyabrın 6-da dövlət başçıları arasında təkbətək görüş başa çatandan sonra həyata keçirilib.

12:51

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

7News.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

12:15

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

7News.Azxəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamlayıb.

Xorvatiyanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Kolinda Qrabar-Kitaroviçə təqdim olunub. Prezidentlər birgə foto çəkdiriblər.

05.09.2018, 21:26

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gedib.

7News.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin "Franyo Tucman” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

"Franyo Tucman” aeroportunda Azərbaycan prezidenti İlham Əliyevi Xorvatiya prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar.

7News.Az

Xəbər lenti