Prezident Murad Dadaşova “Xalq artisti” adı verdi

Prezident Murad Dadaşova “Xalq artisti” adı verdi

Tanınmış şoumen Murad Dadaşov "Xalq artisti” fəxri adına layiq görülüb.

7news.Az-ın məlumatına görə, müvafiq sərəncamı mayın 27-də Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

M.Dadaşov Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb.

Prezident tərəfindən fəxri adlarla təltif olanların tam siyahısı ilə buradantanış ola bilərsiz.

Qeyd edək ki, Murad Dadaşovun təqdimatında yayıma start veriləcək Maşın şounun növbəti mövsümü mayın 29-da start götürəcək.

Şounun rəsmi informasiya tərəfdaşı Baku.TV videoportalıdır.

7news.Az

Xəbər lenti