Prezident seçkilərinin nəticələri bu gün təsdiq ediləcək

Prezident seçkilərinin nəticələri bu gün təsdiq ediləcək
Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Plenum iclası Konstitusiya Məhkəməsinin binasında keçiriləcək.

 
7news.Az xəbər verir ki, iclas bu gün saat 15:00-da keçiriləcək.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda MSK-nın təqdim etdiyi protokola baxılacaq, iclasda seçkilərlə bağlı ümumi məlumat veriləcək.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.
 
7news.Az

Xəbər lenti