Putin müharibəyə "HƏ" DEDİ: üçmərhələli plan işə salınır və ilin sonuna kimi torpaqlar...

Putin müharibəyə
Rusiya İdlibdə üç mərhələli döyüş planını işə salacaq.

Moskva İdlibdəki müxaliflərin silahı buraxmasını tələb edir, əks təqdirdə hücuma keçəcəyini bəyan edir.

Rusiyanın məqsədi qurudan da hücuma keçərək, ilin sonuna kimi İdlibi tamamilə ələ keçirməkdir.

Türkiyə isə atəşkəsin əldə olunması üçün İdlibdəki müxalif qruplarla təmaslar qurur. Lakin müxaliflərin böyük hissəsi silahın buraxılmasına soyuq yanaşır.

"Şark El Avsat” qəzeti "Suriyanın şimalında müharibə planları” başlığı ilə yayımladığı xəbərdə üç mümkün mərhələnin detallarını açıqlayıb.

Birinci mərhələ: (Plana uyğun olaraq problemi Türkiyə həll edəcək). Rusiya və Əsəd rejiminin hücumları dayandırılacaq. "Heyet Tehrir E-Şam” qrupu silahlarını təslim edərək, bölgədən çıxarılacaq. Bölgədən çıxarılan müxaliflər Hələbin şimal-şərqindəki Çobanbey yaxınlarında hazırlanacaq təhlükəsiz bölgəyə köçürüləcək. Bu qruplar YPG terrorçularından təşkil olunan Suriya Demokratik Güclərinə qarşı hücuma hazırlanacaq. İdlibdən çıxan mülki vətəndaşlar isə Afrin bölgəsinə yerləşdiriləcək.

İkinci mərhələ: BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Misturanın suriyalı vətəndaş cəmiyyəti institutlarına təqdim etdiyi plan həyata keçiriləcək.

Üçüncü mərhələ: Rusiya 2019-cu ilə daxil olmadan İdlibi nəzarətə götürəcək.

Rusların planı üç hissəli olacaq.

Birinci hissə: Hamanın şimalı, han Şeyhun, Miharet el-Nuhman, Hələbin qərbi, Türkman dağı, Cisr eş-Şuğur.

İkinci hissə: Hama-Hələb arasındakı magistral M-5 yolu ilə Lazkiye-Hələb arasındakı magistral M-4 yolu.

Üçüncü hissə: M-4 magistral yolunun şimalı ilə İdlibin Türkiyə ilə sərhəd olan hissəsi nəzarətə götürüləcək.

7News.Az

Xəbər lenti